"Hüquq və vəzifələrimizi bilək" mövzusunda maarifləndirici görüş

Məktəb psixoloqunun fəaliyyət planına uyğun olaraq IVb və IVç sinif şagirdləri ilə "Hüquq və vəzifələrimizi bilək" mövzusunda maarifləndirici görüş keçirildi.Belə görüşlərin keçirilməsi uşaqların hüquqları, onların hüquqlarını qoruma yolları və bu sahədəki beynəlxalq qanunvericiliklə tanış etmək üçün mühüm bir platformadır.
Psixoloq və sinif rəhbərləri tərəfindən mövzu ilə bağlı məlumat verildi.Şagirdlərin fikirləri dinlənildi.Şagirdlər hazırladıqları təqdimatları nümayiş etdirdilər .
Eyni zamanda məktəb psixoloqu məktəbimizdə tətbiq olunan "Uşaq müdafiəsi və təhlükəsizliyi layihəsi "nin mahiyyəti və"Dinləmə qutusu "nun təşkili barədə məlumat verdi.Bullinq və ondan qorunma yolları məsələlərinə toxunuldu.
#ElmvəTəhsilNazirliyi #BŞTİ #Uşaqhüquqlari #UMT #84məktəb #psixoloq