"Mənim hüquqlarım" adlı təşkilat saatı

"Mənim hüquqlarım" adlı təşkilat saatı keçirildi.
"Uşaq Hüquqları haqqında" Konvensiyanın qəbul edilməsinin 35-ci ildönümü ilə əlaqədar Ombudsman tərəfindən 20 oktyabr-20 noyabr tarixləri "Uşaq hüquqları aylığı" elan edilmişdir. Aylıq çərçivəsində 30.10.2024-cü il tarixində məktəbin 1ç sinif rəhbəri Günel Rəhimova şagirdləri ilə "Mənim hüquqlarım " adlı təşkilat saatı keçirmişdir. Tədbirdə uşaq hüquqları haqqında müzakirələr aparıldı, şagirdlərə hüquqları haqqında məlumat verildi. Şagirdlərə bildirildi ki, yaşı 18-ə qədər olan şəxslər uşaq sayılır və onların təhsil, sağlamlıq, sığınma, fiziki-psixoloji və ya cinsi istismara qarşı qorunma kimi hüquqları vardır. Bu hüquqlar dövlət tərəfindən qorunur. Biz hüquqlarımızı bilməli,başqaları tərəfindən hüquqlarımızın pozulmasının qarşısını almalıyıq.
#ElmvəTəhsilNazirliyi #BŞTİ #MÜTDA #84Məktəb #Uşaqhüquqlarıaylığı #Ombudsman #təşkilatsaatı