Hərbi Qənimətlər Parkına ekskursiya

  Hərbi Qənimətlər Parkına ekskursiya təşkil olundu.

Məktəbin Tədbirlər Planına uyğun olaraq 27.10.2024-cü il tarixində "8 Noyabr Zəfər Günü" ilə əlaqədar məktəbin təşkilatçısı Araz Balaoğlanov və hərbi rəhbər Zöhrab Muradovun rəhbərliyi ilə X a və Xl a sinif şagirdləri Hərbi Qənimətlər Parkına ekskursiya etdilər.

Hərbi rəhbər 44 gün davam edən Vətən müharibəsi, müzəffər ordumuzun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi, düşməndən ələ keçirilən hərbi qənimətlər və Ermənistan ordusu tərəfindən qurulmuş müdafiə sədləri haqqında şagirdlərə ətraflı məlumat vermiş, onların suallarını cavablandırmışdır.

Ekskursiyanın əsas məqsədi şagirdlərin asudə vaxtının səmərəli keçirilməsi, qalib xalqımızın tarixini məktəblilərin yaddaşlarında möhkəmləndirmək , şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasını formalaşdırmaqdan ibarətdir.

#ElmvəTəhsilNazirliyi #BŞTİ #MÜTDA #84nömrəliməktəb #EduAz #HərbiQənimətlərParkı #ZəfərGünü #ekskursiya

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi