Müəllimimizin uğuru

  Müəllimimizin uğuru. Elm və Təhsil Nazirliyi “Microsoft” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində təhsil işçilərinin rəqəmsal bacarıqlarının inkişafı məqsədi ilə təhsilverənlər üçün İKT üzrə ixtisasartırma təlimləri təşkil etmişdir. Proqramı bitirən təhsilverənlər pedaqoji istiqamətlə yanaşı müxtəlif modullar üzrə qiymətləndirilmişlər. Məktəbimizin biologiya müəllimi Aytəkin Quliyeva “Microsoft Certified Educator” (MCE) sertifikasiya proqramında iştirak etmiş,842 bal toplayaraq beynəlxalq sertifikat əldə etmişdir.Müəllimimizi təbrik edirik, daha böyük uğurlar qazanmağını arzulayırıq.

#ElmvəTəhsilNazirliyi #BŞTİ #MÜTDA #84nömrəliməktəb #EduAz #müəllimimizinuğuru #MicrosoftCertifiedEducator #müəllim

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi