Dərsdinləmələr davam edir

Dərsdinləmələr davam edir.
Məktəbimizin 2ç sinif rəhbəri Günay Əliyeva tərəfindən Azərbaycan dili fənnindən "Qəribə qız" mövzusu tədris edildi. Müəllim mətni oxutdurduqdan sonra şagirdləri 2 komandada, debat təşkil edərək dərsə cəlb etdi. Sonda mətn rollu oyunla təqdim olundu.
İbtidai siniflər üzrə metodbirləşmə sədri Nübar Ramazanova dərsi müşahidə etdi, dərsdən sonra müəllimə fikir və məsləhətlərini bildirdi.
#ElmvəTəhsilNazirliyi #BŞTİ #MÜTDA #84nömrəliməktəb #EduAz #dərsdinləmə #müəllim #şagird