25 Oktyabr - Qubadlı Şəhəri Günü ilə əlaqədar tədbir

25 Oktyabr - Qubadlı Şəhəri Günü ilə əlaqədar tədbir keçirildi.
Dövlətimizin başçısının imzaladığı Sərəncama əsasən artıq Qubadlı şəhərinin işğaldan azad edildiyi 25 oktyabr tarixi Qubadlı Şəhəri Günü kimi qeyd olunur. Bununla əlaqədar məktəbin GÇH rəhbəri Zöhrab Muradov və məktəbin təşkilatçısı Araz Balaoğlanovun təşkilatçılığı ilə Qubadlı Şəhəri Günü ilə bağlı tədbir keçirildi. Tədbirdə ehtiyatda olan polkovnik Sadiq Paşayev, ehtiyatda olan polkovnik-leytenenat, Azərbaycan Milli Qəhrəmanı Fariz Qəhrəmanov iştirak etmiş, bu günün tarixi əhəmiyyətindən, qəhrəman oğullarımızın mübarizə əzmindən iştirakçılara bəhs etmişlər.
Tədbirin bədii hissəsində sənədli film nümayiş olunmuş, şagirdlərin təqdimatında şeirlər səsləndirilmişdir.
#ElmvəTəhsilNazirliyi #BŞTİ #MÜTDA #84nömrəliməktəb #EduAz #BakuEduAz #Qubadlışəhərigünü