Müəllimimizin uğuru

Müəllimimizin uğuru
Məktəbin ibtidai sinif müəllimi Aygün Ağayeva Maykrosoft Sertifikatlı pedaqaq adını qazandı.
Elm və Təhsil Nazirliyi “Microsoft” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində təhsil işçilərinin rəqəmsal bacarıqlarının inkişafı məqsədi ilə təhsilverənlər üçün İKT üzrə ixtisasartırma təlimləri təşkil etmişdir. Məqsəd müəllimlər üçün “Microsoft Certified Educator” (MCE) sertifikasiya proqramında iştirak etmək və beynəlxalq sertifikat əldə etmək fürsətinin yaradılması olmuşdur. Proqramı bitirən təhsilverənlər sadəcə pedaqoji istiqamətdə deyil, müxtəlif standartlarda mərkəzləşmiş və təhsilverənlər üçün vacib olan 7 istiqamət üzrə qiymətləndirilmişlər.
“Effektiv pedaqoq olmaq üçün İKT-dən istifadə”, “İnformasiya kommunikasiyası vasitələrindən istifadə”, “Real dünya problemlərinin həlli və innovasiya”, “Özünütənzimləmə”, “Biliyin qurulması”, “Təhsilalanla əməkdaşlıq” və “Bacarıqlı ünsiyyət” modulları üzrə yüksək nəticə göstərmiş müəllimlər “Microsoft Certified Educator” sertifikatına layiq görülmüşlər.Aygün Ağayeva 810 bal toplayaraq qiymətləndirmədən uğurla keçmişdir.Müəllimimizi təbrik edirik, daha böyük uğurlara imza atacağına əminik.
#ElmvəTəhsilNazirliyi #BŞTİ #MÜTDA #84nömrəliməktəb #EduAz #müəllimimizinuğuru #MicrosoftCertifiedEducator #müəllim