Şəhid Xəyyam Əliyevin Anım tədbiri

Şəhid Xəyyam Əliyevin Anım tədbiri keçirildi.
Azərbaycan! Sən gülüstan olasan deyə, sənə hər an canımızı qurban etməyə hazır olduq. Ən ülvi ucalığa – şəhidlik zirvəsinə ucaldıq.
Bunu indi göyün yeddinci qatından suveren, azad Azərbaycana qürurla baxan qəhrəman şəhidlərimiz pıçıldayır.
Şəhidlərimizə ehtiram əlaməti olaraq məktəbimizdə hər sinif otağı bir şəhidin adını daşıyır. Həmçinin 5c sinfi şəhid Xəyyam Əliyevin adını daşıyır. 18.10.2024-cü il tarixində 5c sinfinin rəhbəri Səhər İsayevanın təşkilatçılığı ilə şəhid Xəyyam Əliyevin anım tədbiri keçirilmişdir. Tədbirdə şəhidin valideyinləri, yaxınları, Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhid anaları iştirak etmişdir.
Şagirdlərin çıxışları, ədəbi-bədii kompozisiyaları tamaşaçılar tərəfindən alqışlanmışdır. Sonda şəhidin həyatına həsr edilmiş videoçarx nümayiş etdirilmişdir.
#ElmvəTəhsilNazirliyi #BŞTİ #MÜTDA #84nömrəliməktəb #ŞəhidXəyyamƏliyev #Anımgünütədbiri