Dərsdinləmə

Dərsdinləmələr davam edir.
Məktəbin 1ç inklüziv təhsil sinif rəhbəri Günel Rəhimova tərəfindən Azərbaycan dili fənnindən "Cümlənin növləri" mövzusu tədris edildi.
Dərsi metodbirləşmə rəhbəri Nübar Ramazanova müşahidə etdi. Dərsdinləmə zamanı müşahidə edildi ki, sinifdə xüsusi qayğıya ehtiyacı olan şagird kollektivə uygunlaşmışdır, sinif qaydalarına riayət edir.
Dərsdə korreksion pedaqoq Bahar Mustafayeva, məktəbin psixoloqu Dilşad Yusubova iştirak etdi.
Müəllim təlim məqsədinə əsasən nail oldu. Sonda metodbirləşmə rəhbəri tərəfindən müəllimə fikir və məsləhətlər çatdırıldı.
#ElmvəTəhsilNazirliyi #BŞTİ #MÜTDA #84nömrəliməktəb #EduAz #BakuEduAz #dərsdinləmə #inklüzivtəhsil