Maarifləndirici dərs

Ekologiyanın mühafizəsi ilə bağlı maarifləndirici dərs keçirildi.
"Ekologiya aylığı" çərçivəsində ətraf-mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsi məqsədilə silsilə tədbirlər davam edir. Bu baxımdan məktəbin coğrafiya müəllimi Mehriban Əmikişiyeva 7b sinfinə maarifləndirici dərs tədris etmişdir. Proses ərzində şagirdlər ekoloji problemlər, təbiətə olan təsirlər və mühafizə yolları haqqında təqdimatlar etmiş, fikir mübadiləsi aparmışlar.
Məqsəd şagirdlərin ekoloji biliklərini artırmaqla yanaşı, onlarda təbiətə qarşı məsuliyyət hissini də gücləndirməkdir.
#ElmvəTəhsilNazirliyi #BŞTİ #MÜTDA #84nömrəliməktəb #EduAz #BakuEduAz #maarifləndiricidərs #ekologiyanınmühafizəsi