“Zərərli vərdişlərə yox deyək"

  “Zərərli vərdişlərə yox deyək""

11.10.2024-cü il tarixində məktəbin fəaliyyət planına uyğun olaraq Suraxanı RPİ ilə birgə əməkdaşlıq çərçivəsində məktəbimizdə "Zərərli vərdişlərə yox deyək" adlı maarifləndirici tədbir keçirildi.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Daha sonra vətən uğrunda canından keçən şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi.

Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndələri, Suraxanı RPİ-nin xidmət üzrə rəis müavini polis polkovniki Surxay Vəliyev,

Suraxanı RPİ-nin yetkinlik yaşına çatmayanlarla iş bölməsinin rəisi polis polkovnik-leytenantı Əfqan Ağayev, məktəb rəhbərliyi, müəllim və şagirdlər iştirak etdi.

Sağlam həyat tərzi uğrunda mübarizə sağlam cəmiyyətin formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlət siyasətimizin başlıca məqsəd və vəzifələrindən hesab olunan sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən layihə və tədbirlər sırasında mühüm amil kimi diqqət çəkən “zərərli vərdişlər”lə mübarizə hər hansı kampaniya xarakterli məsələ deyil, dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılan davamlı siyasətdir.

Ona görə də məktəblilərlə bu mövzuda keçirilən tədbirlər, mütəmadi onlarla aparılan əxlaqi söhbətlər uşaqlarımızın düzgün inkişafına, asudə vaxtlarının səmərəli keçməsinə müsbət təsir göstərir.

#ElmvəTəhsilNazirliyi #BŞTİ #MÜTDA #84nömrəliməktəb #EduAz #BakuEduAz #Zərərlivərdişlərəyoxdeyək #sağlamhəyattərzi #şagird

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi