Şagirdlər tərəfindən sorğu keçirildi

Şagirdlər tərəfindən sorğu keçirildi.
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Təranə Əliyevanın təşkilatçılığı və 8c sinif şagirdlərinin iştirakı ilə dərslikdəki müvafiq tapşırıq üzrə praktik iş həyata keçirilib. Şagirdlərin dərs saatı bitdikdən sonra Əmircan kəndinin sakinləri ilə sorğu, müsahibə təşkil edilib. Onlar "Xalqın tarixində əhəmiyyətli rol oynamış ziyalılarımızı tanıyırsınızmı?" sualı ilə kənd sakinləri arasında sorğu keçiriblər.
Məqsəd şagirdlərin düşüncə tərzini, dünyagörüşünü artırmaq, onlarda təşkilatçılıq, yaradıcılıq kimi bacarıqların inkişafına kömək etməkdir.
Tapşırığı sevərək, böyük həyəcanla yerinə yetirən şagirdlər sorğuda iştirak edənlərin çoxunun yaşlı nəslin nümayəndəsi olduğunu və bunun onlar üçün də xüsusi maraq doğurduğunu qeyd etdilər.
#ElmvəTəhsilNazirliyi #BŞTİ #MÜTDA #84nömrəliməktəb #EduAz #BakuEduAz #sorğu #müsahibə #müəllim #şagird