Məktəbəhazırlıq qruplarında uşaqların adaptasiyası izlənildi

Məktəbəhazırlıq qruplarında uşaqların adaptasiyası izlənildi.
Məktəbəhazırlıq qruplarında oktyabrın 1-də başlayan məşğələlər mayın 31-də başa çatır. Məşğələlər həftədə 4 gün olmaqla, bir gün ərzində 3 məşğələ tədris olunur. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilir. Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 3 idman dəqiqəsi keçirilir.
İbtidai siniflər üzrə metodbirləşmə sədri Nübar Ramazanova Pərvanə Məmmədovanın rəhbərlik etdiyi 0b qrupunda adaptasiya ilə bağlı müşahidə aparmış, qrupa cəlb olunmuş uşaqların yüksək motivasiya ilə məşğələlərdə iştirakı müşahidə edilmişdir.
#ElmvəTəhsilNazirliyi #BŞTİ #MÜTDA #84Məktəb #EduAz #BakuEduAz #məktəbəhazırlıqqrupu