Yeni təyin olunan müəllimlərlə görüş

Yeni təyin olunan müəllimlərlə görüş
Məktəbin psixoloqu Dilşad Yusubova tərəfindən gənc müəllim heyəti ilə psixopedaqoji səriştəliliyin yüksəldilməsi məqsədilə görüş təşkil edildi.Görüşdə təhsilalanların təlim maraqlarının ,öyrənmə xüsusiyyətlərini,fərdi psixoloji xüsusiyyətlərini daim diqqət mərkəzində saxlamaqla tədris prosesinin təşkil olunması məsləhət görüldü. Təhsil alanların təlim-tərbiyəsində və sosiallaşmasında ,şəxsiyyətlər arası münasibətlərin düzgün formalaşmasında dəstək üçün təhsilverənlərə bir sıra psixoloji tövsiyələr verildi.
Eyni zamanda "Uşaq müdafiəsi və təhlükəsizliyi layihəsi" barədə məlumat verildi.Problemli situasiyalarda forma nümunələrinin işlənilməsi qaydası izah olundu.#ElmvəTəhsilNazirliyi #BŞTİ #84məktəb #psixoloq #gəncmüəllim