Qəhrəmanlıq dastanı olan Vətən müharibəsinin başlamasından - "Anım Günü"ndən 4 il ötür

   Qəhrəmanlıq dastanı olan Vətən müharibəsinin başlamasından - "Anım Günü"ndən 4 il ötür.

44 günlük Vətən müharibəsi ölkəmizin hərbi gücünün, Ordumuzun haqq işi uğrunda ədalətli savaşının nümayişinə çevrildi. Ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiram ifadəsi olaraq məktəbimizdə tədbir keçirildi. Tədbir Dövlət Himnimizin oxunması, şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad olunması ilə açıq elan olundu.

Məktəbin direktoru Röya İslamova iştirakçıları salamlayaraq Vətən müharibəsinin həlledici məqamlarını, rəşadətli Ordumuzun yazdığı qəhrəmanlıq salnaməsini, böyük Zəfəri təmin edən əsas amilləri xatırlatdı.

Məktəbin tarixi müəllimi Şahin Seyidov Vətən müharibəsi ərzində xalqın birliyindən, şücaətindən, mübarizə əzmindən bəhs etdi.

Məktəbin texniki işçisi, I Qarabağ müharibəsi iştirakçısı Rizvan Xıdırov Zəfər tariximizin keçdiyi yolu, bu yolda atılan addımları iştirakçıların diqqətinə çatdırdı.

Tədbirin bədii hissəsində ayrı-ayrı sinif şagirdlərinin təqdimatında kompozisiyalar nümayiş olundu, şeir və mahnılar səsləndirildi.

#ElmvəTəhsilNazirliyi #BŞTİ #MÜTDA #84nömrəliməktəb #EduAz #BakuEduAz #AnımGünü #44günlükmüharibə

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi