20 Sentyabr - "Dövlət Suverenliyi Günü"

 20 Sentyabr - "Dövlət Suverenliyi Günü" ilə əlaqədar xüsusi dərs keçirildi.

Məlumdur ki, Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında" Sərəncam imzalamışdır. Sərəncama əsasən hər il 20 Sentyabr tarixi "Dövlət Suverenliyi Günü" kimi qeyd olunur.

Bu məqsədlə məktəbin tarix müəllimi Şahin Seyidov 20 Sentyabr - "Dövlət Suverenliyi Günü" ilə əlaqədar 9a sinfində xüsusi dərs tədris etdi. Dərs prosesi ərzində şagirdlərə cəmi 23 saat davam etmiş antiterror əməliyyatından, qarşıya qoyulmuş vəzifələri peşəkarlıqla yerinə yetirmiş rəşadətli Ordumuzun qüdrətindən və suverenliyimizin tam bərpasından bəhs olunmuşdur. Sonda videoçarx nümayiş olunmuş, şagirdlərin sualları cavablandırılmış,fikirləri dinlənilmişdir.

#ElmvəTəhsilNazirliyi #BŞTİ #MÜTDA #84nömrəliməktəb #EduAz #DövlətSuverenliyiGünü #Antiterrorəməliyyatı

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi