"Bilik Günü"
A.Muradov adına 84 nömrəli tam orta məktəbdə "Bilik Günü"
Yeni tədris ilinin başlanması və "Bilik Günü” münasibətilə məktəbimizdə tədbir keçirildi.
Tədbirdə məktəb rəhbərliyi, Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsi, müəllim və şagird heyəti, valideynlər iştirak etdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamış və Vətənimizin azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edən məktəbin direktoru Röya İslamova ilk növbədə “Bilik Günü” münasibətilə məktəbliləri, müəllim və valideynləri təbrik edib onlara yeni dərs ilində uğurlar arzuladı.
Daha sonra Suraxanı rayon İcra Hakimiyyətinin sosial-iqtisadi şöbəsinin müdiri Mütəllim Aslanov "Bilik Günü" münasibətilə ilə S.İ.H.-nin başçısının təbrikini məktəb kollektivinə çatdırdı.
Məktəbin müəllimi Nigar Böyükkişizadə COP-29, onun mahiyyəti və ölkəmiz üçün xüsusi əhəmiyyətindən ətraflı bəhs etdi.
Tədbirin bədii hissəsində şagirdlərin ifasında "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş səhnəcik nümayiş olundu.
Məlum olduğu kimi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 2024-2025-ci tədris ilinin səmərəli təşkili ilə bağlı əmrinə əsasən bu il ilk dərs saatı "Yaşıl dünya naminə həmrəylik" mövzusuna həsr olundu.
#ElmvəTəhsilNazirliyi #BŞTİ #MÜTDA #84nömrəliməktəb #EduAz #BilikGünü #suverenlik #Yaşıldünyanaminə #müəllim #şagird