Sinif valideyn iclasları

9-12 sentyabr 2024-cü il tarixində məktəbdə sinif valideyn iclasları keçirildi.
İclaslarda yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq təhsil və təlimlə bağlı məsələlər valideynlərin diqqətinə çatdırıldı.
İclasın gündəliyində yeni dərs ilində qarşıda duran ümumi vəzifələr - il ərzində şagirdlərlə təhsilin keyfiyyətinin yüksəldilməsi, uşaqların təlim-tərbiyəsində valideyn məsuliyyətinin artırılması, məktəb və ailənin vahid tələbkarlığı baxımından sinif rəhbərləri və valideynlər tərəfindən təlim müvəffəqiyyətinin şagird gündəliklərində izlənilməsi, həmçinin şagirdlərin dərsə davamiyyəti, dərsdənqalma, dərsəgecikmə və dərsdənyayınma hallarının qarşısını almaq məqsədilə nizam-intizamın, məktəbli formasının və məktəb əmlakının qorunmasının nəzarət altında saxlanılması haqqında məlumat verilmiş, valideynlərin təklifləri dinlənilmişdir.
Eyni zamanda 2024-2025-ci tədris ilindən etibarən məktəbimizdə şagird davranış qaydaları tətbiq olunacaq və bu barədə valideynlərə ətraflı məlumat verildi.
#ElmvəTəhsilNazirliyi #BŞTİ #MÜTDA #84nömrəliməktəb #EduAz #valideyniclasları #müəllim #valideyn #şagird