Pedaqoji Şuranın ilk iclası

Pedaqoji Şuranın ilk iclası keçirildi.
13.09.2024-cü il tarixində məktəbin 2024-2025-ci tədris ili üzrə ilk Pedaqoji Şura iclası keçirildi. Məktəbin direktoru Röya İslamova iclası açıq elan edərək tədris ilinin başlanması ilə əlaqədar kollektivi təbrik etdi, yeni dərs ilində hər kəsə uğurlar arzulayaraq iclasın gündəliyini elan etdi.Pedaqoji şuranın katibi seçildi.Azərbaycan Respublikası elm və təhsil naziri cənab Emin Əmrullayevin 2024-2025-ci tədris ilinin təşkili barədə imzaladığı əmr kollektivin diqqətinə çatdırdı.Daha sonra ötən tədris ilində həyata keçirilən işlərin hesabatı, IV və VI siniflər üzrə keçirilmiş monitorinq, IX və XI sinif buraxılış imtahanı nəticələri barədə məlumat verdi. Həmçinin yeni tədris ilində qarşıda duran hədəflər müəyyənləşdirildi, gündəlikdəki məsələlər müzakirə olundu, ilk dərslərin "Yaşıl dünya naminə həmrəylik" mövzusuna həsr olunması bir daha xatırladıldı.
Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Fidan Həbibova dərs cədvəlinin şagirdyönümlü prinsiplər əsasında qurulması prosesindən bəhs etdi.
Məktəbin psixoloqu Dilşad Yusubova çıxışı zamanı məktəbdə sağlam psixoloji mühitin yaradılması, şagirdlərin məktəbə adaptasiyasının düzgün təşkil olunması məsələlərinə toxundu, məktəbdə artıq 3-cü tədris ilidir ki, tətbiq olunan "Məktəblərdə uşaq müdafiəsi və təhlükəsizliyi" layihəsinin tətbiqindən irəli gələn məsələləri diqqətə çatdırdı.
Məktəbin həkimi Vüsalə Məmmədova şagirdlərin icbari tibbi müayinədən keçirilməsi ilə əlaqədar mühüm tövsiyə və məlumatları kollektivin diqqətinə çatdırdı.
Sonda kollektivin bir neçə üzvü yubileyləri münasibətilə Fəxri Fərmanla təltif olundu, eyni zamanda məktəbə yeni təyin olunan müəllimlər kollektivə təqdim olundu.İlk dəfə pedaqoji fəaliyyətə başlayan müəllimlərlə birgə "Müəllim andı" içildi.
#ElmvəTəhsilNazirliyi #BŞTİ #MÜTDA #84nömrəliməktəb #EduAz #BakuEduAz #PedaqojiŞura #iclas #məktəb #müəllim