İbtidai siniflər üzrə metodbirləşmə iclas

İbtidai siniflər üzrə metodbirləşmə iclası keçirildi.
Yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq ibtidai siniflər üzrə metodbirləşmə iclası keçirildi. İclası məktəbin direktoru Röya İslamova açaraq Elm və Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və məktəb rəhbərliyinin təlimat və göştərişlərini ibtidai sinif müəllimlərinin nəzərinə çatdırdı. 3-cü və 4-cü siniflərdə ötən tədris ilində aparılan monitorinq nəticələri müzakirə edildi.
Təlim-tərbiyə işləri üzrə direktor müavini Fidan Həbibova yeni dərs ilinin başlanması münasibətilə müəllimlərə uğurlar diləyib, diaqnostik qiymətləndirmənin keçirilməsi qaydalarına aydınlıq gətirdi.
Metodbirləşmə sədri Nübar Ramazanova metodbirləşmənin ötən ilki fəaliyyəti haqqında
hesabat verdi, uğur və nöqsanları diqqətə çatdırdı.
Daha sonra müəllimlər proqram materiallarının planlaşdırmasını təhlil etdilər.
Qarşıya qoyulan məsələlərin həlli istiqamətində metodbirləşmənin yeni dərs ilində həyata keçirəcəyi vəzifələr müəyyənləşdirildi.
#ElmvəTəhsilNazirliyi #BŞTİ #MÜTDA #EduAz #BakuEduAz #müəllim #iclas #təhlil