Maarifləndirici görüş

Bu gün məktəbimizin X və XI sinif şagirdləri ilə Qarabağ Universitetinə tələbə qəbulu barədə maarifləndirici görüş keçirilib.
Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Fidan Həbibova Azərbaycan Respublikasının Prezidentinin 28 noyabr 2023-cü il tarixli qərarı ilə Xankəndində "Qarabağ Universiteti”nin yaradılmasını tarixi hadisə kimi səciyyələndirdi. 2024–2025-ci tədris ilindən fəaliyyətə başlayacaq universitetdə tələbə qəbulu, ixtisasları, tələbələr üçün yaradılacaq imkanlar və üstünlüklər haqqında ətraflı məlumat verdi və maarifləndirici bukletlər paylanıldı.
Sonda şagirdlərin fikirləri dinlənildi, onları maraqlandıran suallar cavablandırıldı.
#ElmvəTəhsilNazirliyi #BŞTİ #MÜTDA #84nömrəliməktəb #QarabağUniversiteti #maarifləndiricigörüş #şagird #tələbəqəbulu #fəalməktəb #virtualməktəb