Növbədənkənar iclas

"Müəllimlərin etik davranış qaydaları"na riayət olunmasının təmin edilməsi məqsədilə növbədənkənar iclas keçirildi.
Məktəbin direktoru Röya İslamova Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin kollegiyasının 15 may 2024-cü il tarixli KQ-07 nömrəli qərarını müəllimlərin diqqətinə çatdırdı. "Təhsilverənlərin xidməti davranışı" və "Təhsilverənlərin xidməti fəaliyyətindən kənar davranışları" mövzusu müzakirə olundu. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Fidan Həbibova təhsilverənlərin etik davranış qaydalarında ümumi müddəaları və təhsilverənlərin etik davranış prinsiplərini müəllimlərin diqqətinə çatdırdı. Müəllimlərin hər biri qərarda edilən dəyişikliklə tanış oldular.
#ElmvəTəhsilNazirliyi #BŞTİ #MÜTDA #84nömrəliməktəb #etikdavranışqaydaları #iclas #müəllim #fəalməktəb #virtualməktəb