Gənc qəhrəmanların günü adlı bilik yarışı

Suraxanı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 və 5 saylı filiallarının və "Libra kitab" nəşriyyatının iştirakı ilə "Gənc qəhrəmanların günü" adlı bilik yarışı keçirildi.
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş "Gənc qəhrəmanların günü" adlı bilik yarışı keçirildi. İlk olaraq məktəbin direktoru Röya İslamova iştirakçıları salamlayaraq onlara xoş arzularını çatdırdı.
Məktəbin 9-cu sinifləri arasında keçirilmiş bilik yarışında 9b sinfi qalib gəldi, komanda üzvləri sertifikat və kitab hədiyyələri ilə təltif olundu. Həmçinin yarış prosesində "Libra kitab" nəşriyyatının redaktoru Nicat Əliyev "Dünyanı dəyişən kitablar" haqqında təqdimatını şagirdlərlə birgə müzakirə etdi.
#ElmvəTəhsilNazirliyi #BŞTİ #MÜTDA #84Məktəb #Librakitab #Uşaqlarınbeynəlxalqmüdafiəsigünü #Gəncqəhrəmanlarıngünü #bilikyarışı #fəalməktəb #virtualməktəb