1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü və "Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar tədbir

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü və "Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar tədbir keçirilib.
Məktəbin Fəaliyyət planına uyğun olaraq ibtidai sinif müəllimlərinin rəhbərliyi ilə "Yaşıl dünya naminə həmrəylik ili" və 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar "Yaşıl dünyanın gələcəyiyik" adlı tədbir keçirilib.
Tədbirin keçirilməsində məqsəd şagirdlərə hər birimizin Ana təbiətin bir parçası olduğumuzu, bununla yanaşı təbiətin bizim evimiz olmasını xatırlatmaq, onları təbiəti qorumağın vacibliyi haqqında məlumatlandırmaqdan ibarət idi.
Tədbir zamanı mövzuya uyğun səhnələr nümayiş olunub, mahnılar söylənilib, daş üzərində rəsmlər çəkilib. Həmçinin şagirdlərin gözəl rəqsləri və sonda "Yaşıl dünya" adlı flaşmobları tədbirə rəngarənglik qatıb.
#ElmvəTəhsilNazirliyi #BŞTİ #MÜTDA #84nömrəliməktəb #Yaşıldünyanaminəhəmrəylikili #Uşaqlarınbeynəlxalqmüdafiəsigünü #yaşıldünya #fləşmob #fəalməktəb #virtualməktəb