Müstəqillik Günü ilə əlaqədar tədbir

Müstəqillik Günü ilə əlaqədar tədbir keçirildi.
Məktəbin musiqi müəllimi Fəridə Əsgərova və tarix müəllimi Şahin Seyidovun təşkilatçılığı ilə 28 May - Müstəqillik Günü ilə əlaqədar tədbir keçirildi. Tədbir ərzində Şahin Seyidov müsəlman Şərqində elan edilmiş ilk demokratik respublikanın milli dövlətçilik tarixində silinməz izlər qoyduğunu, xalqımızın gələcəyi üçün etibarlı zəmin hazırladığını vurğulayaraq ətraflı çıxış etmişdir. Həmçinin şagirdlərin təqdimatında rəqslər nümayiş olunmuş, musiqi alətlərimiz olan tar, kamançada milli musiqilərimiz çalınmış, mahnılar ifa olunmuşdur.
#ElmvəTəhsilNazirliyi #BŞTİ #MÜTDA #84nömrəliməktəb #28may #müstəqillikgünü #müəllim #şagird #fəalməktəb #virtualməktəb