28 May - Müstəqillik günü Azərbaycan xalqının milli bayramı

28 May - Müstəqillik günü Azərbaycan xalqının milli bayramıdır.
Yüz altı il bundan əvvəl - 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Bu gün tarix səhifəmizin ən şanlı və parlaq anlarındandır. Günün tarixi əhəmiyyəti nəzərə alınaraq məktəbin tarix müəllimi Aynurə Həsənovanın təşkilatçılığı ilə beşinci siniflərarası bilik yarışı keçirildi. Yarış ərzində qruplara təqdim olunan sualları doğru cavablandırmaqla qalib komanda - "Rəşad Abdullayev" müəyyənləşdirildi. Həmçinin Müstəqillik Günü ilə əlaqədar videoçarx nümayiş olundu, 6ç sinfinin təqdimatında çıxışlar dinlənildi.
#ElmvəTəhsilNazirliyi #BŞTİ #MÜTDA #84Məktəb #MüstəqillikGünü #106il #şanlıtarix #bilikyarışı #fəalməktəb #virtualməktəb