Pedaqoji şura iclası

    Pedaqoji şura iclası keçirildi.

16 may tarixində Pedaqoji Şuranın növbəti iclası keçirildi.Məktəbin direktoru Röya İslamova gündəlikdə duran məsələləri elan etdikdən sonra iclas işinə başladı.Məktəbə yeni təyin olunan təlim- tərbiyə işləri üzrə direktor müavini Fidan Həbibova kollektivə təqdim olundu.Direktor 2023-2024-cü tədris ilində IX və XI siniflərin buraxılış imtahanlarının nəticələri, dərsdinləmələrin təhlili, məktəbdə təhlükəsizliyin təminatı, şagirdlərin dərsə davamiyyəti, məktəbdaxili nizam-intizam qaydalarına əməl olunması məsələləri ilə əlaqədar geniş çıxış etdi.II yarımilin sonunda keçiriləcək böyük summativ qiymətləndirmələrin fənnin məzmun xətləri üzrə əsas və alt standartlara uyğun, 4 səviyyədə, 2 variantda tərtib olunmasını tapşırdı.Qeyd olunanlarla bağlı müəllimlərin fikir və təklifləri dinlənildi.

Daha sonra cari məsələlər müzakirə olundu, qərarlar qəbul edildi.

#ElmvəTəhsilNazirliyi #BŞTİ #EduAz #Məktəb84 #PedaqojiŞura #IYarımil #Məktəb #Müəllim

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi