İqlim dəyişmələri və COP 29 adlı maarifləndirici tədbir

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının təşkil edilməsi ilə bağlı 2024-cü il üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Tədbirlər Planına əsasən coğrafiya müəllimi Vəliyeva Elnarə "İqlim dəyişmələri və COP 29" adlı maarifləndirici tədbir keçirdi.Müəllim qlobal iqlim dəyişmələri,onun törətdiyi fəsadlar,istixana effekti,turşsulu yağışların canlı orqanizmə təsiri,iqlim dəyişmələri ilə bağlı bu il ölkəmizin ev sahibliyi edəcəyi COP29 konfransı haqqında şagirdlərə ətraflı məlumat verdi.Bundan əlavə film xarakterli videoçarxlar göstərilmiş,slaydlar təqdim olundu.Məktəbin şagirdlərinin bu mövzuda apardıqları araşdırmalar dinlənildi.
#ElmvəTəhsilNazirliyi #BŞTİ #COP29 #iqlimdəyişmələri #ekologiya #84məktəb #şagird