STEAM layihələrinin təqdimatı

STEAM layihələrinin təqdimatı
Məktəbin V-IX siniflərində tədris olunan STEAM layihəsi XXI əsr bacarıqlarını formalaşdırmaq, yaradıcı proses vasitəsi ilə öyrənmək imkanı yaratmaq, problemlərin həlli istiqamətində tətbiqlərə əsaslanan təhsil metodudur.
Məktəbimizdə STEAM dərslərinə şagirdlər böyük maraqla hazırlaşır. Məktəbin müəllimi Səhər İsayevanın rəhbərliyi ilə V, VI və VII siniflərdə il ərzində şagirdlərin qazandığı bilik və bacarıqlar əsasında hazırladıqları müxtəlif layihələr - "Ağıllı ev", "Gül sulama", "Ağıllı qaraj", "Katapult" , "Günəş saatı", "Piano" layihələri təqdim edildi. Şagirdlər layihələri böyük ruh yüksəkliyi və həvəslə təqdim etdilər.
#ElmvəTəhsilNazirliyi #BŞTİ #MÜTDA #84Məktəb #EduAz #STEAM #layihə #müəllim #şagird #fəalməktəb #virtualməktəb