Valideynlərlə görüş

mumi təhsil müəssisələrində normal iş ahənginin qurulması və təlim-tərbiyə prosesinin mövcud qanunvericiliyinin tələblərinə uyğun aparılması üçün mühüm şərtlərdən biri də müəssisədə təhlükəsiz mühitin yaradılmasıdır. Bu məqsədilə MÜTDA-dan gələn məktuba əsasən həftənin birinci günü Təhlükəsizlik günü elan olunmuşdur.
Ümumi təhsil müəssisəsində təhlükəsizliyin təminatı və sağlam mənəvi-psixoloji mühitin formalaşdırılması məqsədilə məktəb rəhbərliyi tərəfindən valideynlərlə görüş keçirildi. Görüşdə məktəbin direktoru Röya İslamova, təlim-tərbiyə işləri üzrə direktor müavini Fidan Həbibova, UBR Fərqanə İlyasova, psixoloq Dilşad Yusubova iştirak etdi. Direktor öz çıxışında "Valideyn məsuliyyətinin artırılması" , direktor müavini "Təhlükəsizlik qaydalarına xüsusi diqqət yetirilməsi" , UBR "Şagirdlərin qadağan olunmuş əşyaları məktəbə gətirməmələri ilə bağlı qaydalara əməl olunması" , psixoloq isə "Valideyn-övlad münasibətlərinin düzgün qurulması" mövzularına toxundular.
#ElmvəTəhsilNazirliyi #BŞTİ #MÜTDA #84Məktəb #EduAz #BakuEduAz #Təhlükəsizlikgünü #müəllim #valideyn #təhlükəsizlikqaydaları #fəalməktəb #virtualməktəb