VIII və IX sinif şagirdləri ilə informasiya -maarifləndirmə işi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 06.08.2018-ci il tarixli "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması "haqqında 58 nömrəli əmrinə əsasən məktəbin VIII və IX sinif şagirdləri ilə informasiya -maarifləndirmə işi aparıldı. UBR Fərqanə İlyasova şagirdlərə tütün məmulatlarının istifadəsinin məhdudlaşdırıldığı qapalı məkanlar barədə məlumat verdi. Psixoloq Dilşad Yusubova siqaret asılılığının psixoloji məqamlarına toxundu.Sonda siqaret istifadəsindən qorunmaq üçün 5 müdafiə strategiyası şagirdlərin diqqətinə çatdırıldı.#AzərbaycanRespublikasıSəhiyyəNazirliyi #SuraxanırayonGigiyenavəEpidemiologiyaMərkəzi #84məktəb #siqaretəyoxdeyək