İclaslar keçirilir

 Məlum olduğu kimi mayın 18-də lV, 19-da VI siniflərdə monitorinqlər keçiriləcəkdir. Monitorinqin çərçivə sənədlərinin həmin fənləri tədris edən fənn müəllimlərinə çatdırılması məqsədilə iclaslar keçirilir. Növbəti iclas məktəb direktoru Röya İslamova tərəfindən Azərbaycan dili və ədəbiyyat müəllimlərinin iştirakı ilə kerçirildi. Çərçivə sənədində verilmiş sual nümunələri müzakirə olundu, əvvəlki monitorinqlərin nəticələri təhlil olundu. Dərslərdə çərçivə sənədində verilmiş tapşırıq nümunələrinə uyğun tapşırıqlardan istifadənin intensivləşdirilməsi, şagirdlərə zamanın idarə olunması və monitorinq zamanı davranışla bağlı maarifləndirici işlərin həyata keçirilməsi tövsiyə olundu.

#ElmvəTəhsilNazirliyi #BŞTİ #MÜTDA #84Məktəb #monitorinq #çərçivəsənədi #fəalməktəb #virtualməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi