Dördgünlük müharibə adlı təşkilat saatı

  2-5 Aprel döyüşləri ilə bağlı 2c sinif rəhbəri Ramazanova Nübar tərəfindən "Dördgünlük müharibə" adlı təşkilat saatı keçirildi.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev aprel döyüşlərinin iştirakçısı olan hərbçilərlə görüşdə deyib: “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir”.

Təşkilat saatı prosesində şagirdlərə şanlı zəfərlə bağlı videoçarx nümayiş edildi, qəhrəman vətən oğulları böyük ehtiramla yad olundu.

#ElmvəTəhsilNazirliyi #BŞTİ #MÜTDA #84Məktəb #Apreldöyüşləri #şanlıqələbə #təşkilatsaatı #fəalməktəb #virtualməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi