Təhsil Tələbə Krediti Fondu haqqında maarifləndirici görüş

  Təhsil Tələbə Krediti Fondu haqqında maarifləndirici görüş keçirilib.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 17 iyun tarixli 1367 nömrəli Fərmanı ilə yaradılmış “Təhsil Tələbə Krediti Fondu”-nun əsas məqsədlərinə - əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməyə nail olmaq üçün Fond tərəfindən təbliğat və təşviqat işləri davam etdirilir.

Fondun əməkdaşları tərəfindən görüş iştirakçılarına TTKF-nin fəaliyyəti, məqsədləri və qarşıya qoyulan hədəflər, həmçinin təhsil tələbə kreditinə müraciət qaydaları, kreditinin növləri, tətbiq olunan güzəştlər, ödəniş şərtləri və s. haqqında detallı məlumat verilib. Bildirilib ki, ali təhsil pilləsinin bakalavriat və magistratura (rezidentura) səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki və texniki peşə təhsili səviyyələrində əyani təhsil alan şəxslər təhsil tələbə kreditindən yararlana bilərlər.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və təkliflər dinlənilib.

#ElmvəTəhsilNazirliyi #BŞTİ #MÜTDA #84Məktəb #EduAz #BakuEduAz #təhsiltələbəkreditfondu #fəalməktəb #virtualməktəb

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi