Kimya və həyat adlı bilik

  Məktəbin Fəaliyyət planına uyğun olaraq fənn aylıqları çərçivəsində kimya müəllimi İsmayılova Nigarın təşkilatçılığı ilə VII siniflər arasında " Kimya və həyat " adlı bilik yarışı keçirildi.

Yarışda 4 komanda iştirak edirdi.Məqsəd müvafiq fənn üzrə şagirdlərin bilik və bacarıqlarının artırılması, şagirdlərarası əməkdaşlığın yüksəldilməsindən ibarətdir.

Yarışma zamanı slaydlar, videomateriallar,müxtəlif kimyəvi reaksiyalar nümayiş etdirildi. 3 turdan ibarət olan yarışda xal çoxluğu ilə VII a sinif şagirdlərindən ibarət " Karbon " komandası qalib oldu.

Məktəbin direktoru Röya İslamova komandalara " Təşəkkürnamə" təqdim etdi.

#ElmvəTəhsilNazirliyi #BŞTİ #Məktəb84 #şagird

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi