Novruz bayramına həsr olunmuş tədbir

"Dəyərlərimizi qoruyaq" layihəsinin tədbirlər planına əsasən xalqımızın ən qədim milli bayramlarından olan Novruz bayramına həsr olunmuş tədbir keçirildi.

Novruz xalqımızın milli-mənəvi dəyərlərini yaşadan, əsrlər keçsə də unudulmayan, adı kimi bahar təravətini qoruyan, hər kəsin qəlbində yeni ümidlər doğuran, Türk dünyası xalqları içərisində ən möhtəşəm şəkildə Azərbaycanda qeyd edilən bayramdır. Bunu 15 mart tarixində məktəbimizin ibtidai sinif müəllimi Pərvanə Məmmədovanın təşkilatçılığı ilə məktəbin akt zalında 3ç sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə bir daha açıq-aşkar hiss etdik. Bir-birindən maraqlı səhnəciklər, baharı tərənnüm edən şeirlər, musiqilər bir daha sübut etdi ki, bu bayramın unudulmaması, bundan sonrakı nəsillərə layiqincə ötürülməsi üçün məktəblilərə belə tədbirlər vasitəsilə aşılanması labüddür.

BAYRAMINIZ MÜBARƏK!

#ElmvəTəhsilNazirliyi #BŞTİ #MÜTDA #84Məktəb #Novruz #dəyərlərimiziqoruyaq #məktəb #müəllim #şagird #fəalməktəb #virtualməktəb

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi