Novruz müjdəçisi - Yel çərşənbəsi

Novruz müjdəçisi - Yel çərşənbəsi

BŞTİ-nin "Dəyərlərimizi qoruyaq!" layihəsinin Tədbirlər planına uyğun olaraq Yel çərşənbəsi qeyd olundu. Novruz bayramı ölkəmizdə xüsusi mərasim, adət-ənənələr və təmtəraqla qeyd edilən, xalqımızın ən qədim və milli bayramı olmaqla bərabər, həm də Azərbaycan xalqının mənəvi-əxlaqi dəyərlər sistemində xüsusi yeri tutur. Bu gün Novruzun üçüncü çərşənbəsi olan Yel çərşənbəsi qeyd edilir. Bu məqsədlə məktəbin ibtidai sinif müəllimi Məcnunova Arzunun rəhbərliyi ilə 3c sinif şagirdləri də bayram şənliyi keçirdi. Şagirdlər Novruz adət-ənənələrimizi özündə əks etdirən tədbir nümayiş etdirdilər, rəqslər edib tonqal ətrafında dövrə vurdular.

#ElmvəTəhsilNazirliyi #BŞTİ #MÜTDA #84Məktəb #şagird #yelçərşənbəsi #fəalməktəb #virtualməktəb #dəyərlərimiziqoruyaq

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi