Bakı açıq rəqs çempionatı

 Şagirdlərin hərtərəfli inkişafı üçün asudə vaxtlarını səmərəli keçirmək, incəsənətin , idmanın müxtəlif növləri ilə məşğul olmaq çox vacibdir. Şagirdlərimiz də istər idman, istərsə də incəsənətin müxtəlif növlərində bacarığını sınayaraq uğur qazanırlar.

İstedadlı şagirdlərimizdən 11a sinif şagirdi Əliyeva Nərmin və 11b sinif şagirdi Həşimov Əli Bakı açıq rəqs çempionatında I yer qazanaraq diplom və medalla təltif olunmuşlar. Qeyd edək ki, qalib şagirdlərimizin gələcək peşə seçimi də məhz bu istiqamətdədir. Nərmin və Əlini təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.

#ElmvəTəhsilNazirliyi #BŞTİ #MÜTDA #84Məktəb #şagird #fəalməktəb #virtualməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi