"Yol hərəkəti qaydaları və yol nişanları" mövzusunda "Ustad dərsi"

  BŞTİ tərəfindən start verilmiş "Valideyn-müəllim-şagird üçbucağı"adlı media layihəsi çərçivəsində məktəbin 3a sinfində sinif müəllimi Xatirə Pəncəliyevanın təşəbbüsü ilə 01.03.2024-cü il tarixində valideyn - polis leytenantı Fatimə Əliyeva "Yol hərəkəti qaydaları və yol nişanları" mövzusunda "Ustad dərsi" keçmişdir.

Məqsəd valideyn-məktəb münasibətlərinin inkişaf etdirilməsi, effektiv kommunikasiyanın qurulması, şagirdlərin yol hərəkəti qaydalarını yaxşı öyrənməsidir.

Fatimə xanım yol nişanları əks olunmuş kartlar, müxtəlif yol hərəkəti situasiyaları verilmiş şəkillər əsasında yolda təhlükəsiz hərəkət barədə şagirdlərə məlumat vermiş, qadağan, xəbərdarlıq və məlumatverici nişanlarla şagirdləri tanış etmiş, eyni zamanda şagirdləri maraqlandıran sualları cavablandırmışdır.

Sonda məktəbin direktoru Röya İslamova əməkdaşlığa görə Fatimə xanıma təşəkkürünü bildirdi, belə maarifləndirici görüşlərin davamlı olmasını arzuladı.

#ElmvəTəhsilNazirliyi #BŞTİ #84Məktəb #MÜTDA #valideynmüəllimşagirdüçbucağı #sosialmedialayihəsi #fəalməktəb #virtualməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi