1 Mart Ümumdünya Mülki Müdafiə Günü

 1 Mart Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar məktəbimizdə tədbir keçirildi.

Tədbirdə məktəbin müəllim və şagird heyəti iştirak etdi. Məktəbin Gənclərin çağırışaqədərki hazırlıq müəllimi Zöhrab Muradov çıxış edərək Mülki Müdafiə haqqında ətraflı məlumat verdi. Müxtəlif mənşəli fövqəladə hallar zamanı davranışlarla bağlı maarifləndirici videoçarxlar nümayiş etdirildi. Daha sonra şagirdlər qəzalar zamanı ilkin tibbi yardım göstərilməsini praktik olaraq icra etdilər.

Məqsəd fövqəladə hallardan mühafizə sahəsində şagirdlərin hazırlığını təmin etmək, hadisələr baş verən zaman icra olunmalı vəzifələri şagirdlərə mənimsətməkdən ibarət olmuşdur.

#ElmvəTəhsilNazirliyi #BŞTİ #Məktəb84 #EduAz #ÜmumdünyaMülkiMüdafiəGünü #fövqəladəhal #məktəb #müəllim #şagird #fəalməktəb #virtualməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi