Məktəbimizdə Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı təqdiqatının – IELS 2025-in sınaq mərhələsi keçirilir

 Məktəbimizdə Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı təqdiqatının – IELS 2025-in sınaq mərhələsi keçirilir.

Azərbaycanda ilk dəfə keçirilən IELS tədqiqatı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən həyata keçirilir.

Məlumat olaraq bildirək ki, tədqiqatın sınaq mərhələsi üçün Bakı və Sumqayıt şəhərləri üzrə ümumilikdə 40 məktəb və məktəbəqədər təhsil müəssisəsindən 600-ə yaxın 5 yaşlı uşağın iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, IELS 5 yaşlı uşaqların ilkin savadlılıq, özünütənzimləmə, özünüidarə, sosial, emosional və ilkin riyazi bacarıqlarını ölçən oyun əsaslı qiymətləndirmədir.

#ElmvəTəhsilNazirliyi #BŞTİ #84Məktəb #EduAz #BakuEduAz #məktəb #şagird #fəalməktəb #virtualməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi