Memorial Soyqırımı Muzeyi ziyarət

  Memorial Soyqırımı Muzeyi ziyarət edildi.

26 fevral Xocalı faciəsinin növbəti ildönümündə məktəbin müəllimləri Təranə Əliyeva və Nüşabə Qasımova 8-9-cu sinif şagirdləri ilə birgə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun inzibati binasında fəaliyyət göstərən Memorial Soyqırımı Muzeyini ziyarət etmişlər. Muzey xalqımızın qan yaddaşının qorunmasına və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edən tarixi hadisəni özündə təcəssüm etdirən bir nümunədir.

Şagirdlər muzeydə saxlanılan tarixi həqiqətlər, o cümlədən Xocalı soyqırımı haqqında reallığı əks etdirən eksponatlar barədə ətraflı məlumat aldılar, həmçinin nümayiş olunan filmi izləmə imkanı əldə etdilər.

#ElmvəTəhsilNazirliyi #BŞTİ #Məktəb84 #MemorialSoyqırımıMuzeyi #Xocalı #faciə #şagird #fəalməktəb #virtualməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi