Xocalı faciəsinin növbəti ildönümü

23 fevral tarixində məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Təranə Əliyevanın təşkilatçılığı və 8a sinif şagirdlərinin iştirakı ilə məktəbin kitabxanasında Xocalı faciəsinin növbəti ildönümü anılmışdır. Tədbirdə faciə haqqında məlumat verilmiş, ermənilərin törətdikləri vəhşilik, qətliam bir daha vurğulanmışdır. Şagirdlərin hazırladıqları divar qəzeti nümayiş olunmuşdur. Tədbirdə Bəhram Bağırzadənin uşaqlar üçün yazılmış "Qarabağ Azərbaycandır! " kitabı şagirdlər tərəfindən oxunmuş, təhlil edilmişdir. Qarabağın tarixi, mədəniyyəti haqqında məlumatlar bir daha nəzərə çatdırılmışdır.

#ElmvəTəhsilNazirliyi #BŞTİ #84Məktəb #EduAz #Xocalıfaciəsi #qətliam #fəalməktəb #virtualməktəb

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi