21 Fevral - Beynəlxalq Ana Dili Günü

21 Fevral - Beynəlxalq Ana Dili Günü

Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Bu günün mühüm tarixi əhəmiyyəti ilə əlaqədar olaraq məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Məlahət Alməmmədovanın təşkilatçılığı və 7-9-cu sinif şagirdlərinin iştirakı ilə "Ana dilim, şirin dilim" adlı tədbir keçirildi. Tədbir dövlət himnimizin səsləndirilməsi ilə açıq elan olundu, daha sonra şagirdlərin təqdimatında səhnəciklər, ifalar, rəqslər nümayiş olundu. Sonda məktəbin direktoru Röya İslamova Beynəlxalq Ana Dili Gününün yaranma tarixi, əhəmiyyəti barədə informasiyaları şagirdlərin diqqətinə çatdırdı, tədbir iştirakçılarına təşəkkürünü bildirdi.

Tədbirin keçirilməsində məqsəd dövlətçilik tariximizin əsas amillərindən biri olan doğma dilimizin xüsusi əhəmiyyətini bir daha vurğulamaq və gənc nəsilə çatdırmaqdan ibarətdir.

#ElmvəTəhsilNazirliyi #BŞTİ #84Məktəb #BeynəlxalqAnaDiliGünü #Anadilim #fəalməktəb #virtualməktəb

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi