TALİS - Beynəlxalq Qiymətləndirmə

  TALİS - Beynəlxalq Qiymətləndirmə Tədqiqatı keçirildi.

12 və 13 fevral tarixində məktəbdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Strateji İnkişaf Mərkəzinin təşkilatçılığı ilə #TALIS2024 üzrə (Öyrətmə və Öyrənmə üzrə Beynəlxalq Sorğu) sorğusu keçirilmişdir.

Qeyd edək ki, 3 mərhələdən ibarət olan tədqiqatın #pilot mərhələsi 2022-ci ildə, #sınaq mərhələsi isə 2023-cü ildə həyata keçirilib.

Sorğunun əsas mərhələsində ölkəmiz üzrə 222 ümumi təhsil müəssisəsindən 4341 nəfər müəllim və məktəb direktorunun iştirakı nəzərdə tutulub.

TALIS tədqiqatı müəllimlərin tədris təcrübələri, idarəetmə bacarığı, onların peşəkar inkişafı, məktəb mühiti, iş məmnuniyyəti və s. mövzular üzrə beynəlxalq müqayisələrə imkan verən məlumatlara sahib olmaq fürsəti yaradır.

Qeyd edək ki, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı ilə Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya tərəfindən həyata keçirilən #TALIS sorğusunda ölkəmiz ilk dəfə təmsil olunur.

#məktəb84 #TALIS2024 #ETN #ADPUSİM #tədqiqat #ElmVəTəhsilNazirliyi #EduAz #fəalməktəb #virtualməktəb

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi