Pedaqoji Şura

31 yanvar tarixində Pedaqoji Şuranın növbəti iclası keçirilib.
31 yanvar tarixində Pedaqoji Şuranın növbəti iclası keçirilib. Məktəbin direktoru Röya İslamova gündəlikdə duran məsələləri elan etdikdən sonra iclas işinə başladı. 2023-2024-cü tədris ilinin 1-ci yarımil nəticələri, sinif və elektron jurnalların işlənməsi vəziyyəti, məktəbdə təhlükəsizliyin təminatı, sağlam mənəvi-psixoloji işin gücləndirilməsi, valideyn məsuliyyətinin artırılması, müəllimlərin etik davranış qaydalarına riayət edilməsi, növbətçilik işinin düzgün yerinə yetirilməsi, sinif rəhbərlərinin vəzifə öhdəlikləri ilə bağlı nəzarətin artırılması ilə əlaqədar geniş çıxış etdi. Qeyd olunanlarla bağlı müəllimlərin fikir və təklifləri dinlənildi.
Daha sonra cari məsələlər müzakirə olundu, qərarlar qəbul edildi.
#ElmvəTəhsilNazirliyi #BŞTİ #EduAz #Məktəb84 #PedaqojiŞura #IYarımil #Məktəb #Müəllim #fəalməktəb #virtualməktəb