Ümumxalq Hüzn günü ilə əlaqədar tədbir

  Ümumxalq Hüzn günü ilə əlaqədar tədbir keçirildi.

Xalqımızın qəhrəmanlıq salnaməsi olan 20 Yanvar faciəsinin 34 ili geridə qalır. Bu günün tarixi əhəmiyyəti nəzərə alınaraq 5-6-cı sinif şagirdlərinin iştirakı ilə tədbir keçirildi. Təbdir dövlət himnimizin oxunması və şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad olunması ilə başlandı. Daha sonra şagirdlərin təqdimatında şeirlər dinlənildi, kompozisiya nümayiş olundu.

Vurğulandı ki, bu gün bütün şəhidlərin ruhu şaddır.Azadlığı uğrunda qan tökülən torpağımızın ərazi bütövlüyü tam təmin olunmuşdur.Bu gün xalqımız regionun güclü dövlətinin vətəndaşı olduğundan daha qürurlu və məğrurdur.Bütün bunlar isə şəhidlərin qanı bahasına əldə olunub.Şəhidlərimizi unutmuruq, unutdurmuruq!

#ElmvəTəhsilNazirliyi #BŞTİ #Məktəb84 #ÜmumxalqHüzngünü #20Yanvar

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi