Müəllim bir şama bənzər ki, özünü əridərək başqalarına işıq verər

  "Müəllim bir şama bənzər ki, özünü əridərək başqalarına işıq verər"

Ömrünü gənc nəslin təlim-tərbiyəsinə, əsl vətəndaş kimi yetişməsinə həsr etmiş dəyərlilərimiz - məktəbin riyaziyyat müəllimi Həqiqət Mahmudova və ibtidai sinif müəllimi Xatirə Pəncəliyevanın 65 yaşı tamam oldu. Bu münasibətilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Suraxanı rayon Komitəsi tərəfindən təhsil sahəsindəki səmərəli fəaliyyətlərinə görə Fəxri Fərmanla təltif olundular. Pedaqoji fəaliyyəti dövründə yüzlərlə şagirdin yoluna işıq olan, onlara təlim-tərbiyə verməklə həyata hazırlayan, ömrünün böyük bir hissəsi məhz məktəbimizlə bağlı olan əziz həmkarlarımızı məktəb kollektivi adından bir daha təbrik edir, şagirdlərin sevimlisi olan müəllimlərimizə bundan sonrakı fəaliyyətlərində böyük uğurlar arzu edirik.

#ElmvəTəhsilNazirliyi #BŞTİ #EduAz #BakuEduAz #Məktəb84 #Müəllimömrü

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi