Sərgi

Şagirdlərimizin rəsm əsərlərindən ibarət sərgi keçirilmişdir.

Bir əsrlik tarixə malik məktəbimizin ilk məzunlarından olan Azərbaycanın Xalq rəssamı, dünya şöhrətli fırça ustası Səttar Bəhlulzadənin anadan olmasının 114 illiyi münasibətilə məktəbimizin istedadlı şagirdləri Yaqubova Zəhra, Balayeva Şəmsiyyə, Cəbiyeva Fidan, Mirzəyeva Məryəmin rəsm əsərlərindən ibarət sərgi təşkil olunmuşdur.

"Mənim rəngli dünyam" adlı sərgi məktəbin təsviri- incəsənət müəllimi Zöhrəbəyova Gülnarə və ibtidai sinif müəllimi Aslanova Xəyalənin təşkilatçılığı ilə ərsəyə gəlmişdir. Sərgidə gənc rəssamların təbiət mənzərələri, milli və müasir üslubda işlənmiş əsərlər, portretlər, dekorativ kompozisiyalardan ibarət rəsm işləri nümayiş olunmuşdur. Əsərlər rəngkarlıq və qrafika janrlarında işlənilmişdi. Sərgidə çıxış edən məktəbin direktoru Röya İslamova və Suraxanı Gənclər Evinin rəhbəri Natavan Rüstəmova gənc rəssamların əl işlərini yüksək qiymətləndirib, onlara yaradıcılıq uğurları arzulamışlar. Ölkəmizdə yaradıcı gənclərə göstərilən dövlət qayğısından söhbət açan natiqlər belə sərgilərin uşaqların istedadının üzə çıxarılmasında mühüm əhəmiyyət daşıdığını vurğulamışlar.

Məktəb rəhbərliyi adından gənc rəssamlarımız Yaqubova Zəhra, Balayeva Şəmsiyyə, Cəbiyeva Fidan, Mirzəyeva Məryəm Fəxri Fərmanla təltif olunmuşdur. Məktəbin 2ç və 8b sinif şagirdlərinin ifasında təqdim olunan bədii hissə tədbirə xüsusi rəngarənglik qatmışdır.

#ElmvəTəhsilNazirliyi #BŞTİ #BakuEduAz #Məktəb84 #SəttarBəhlulzadə #Gəncrəssamlar

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi