Dövlət orqanları mövzusunda nümunəvi dərs

   "Dövlət orqanları " mövzusunda nümunəvi dərs keçirildi.

Məktəbin Fəaliyyət planına uyğun olaraq ibtidai sinif aylığında nümunəvi dərslər davam edir. 4ç sinfində müəllim Rəhimova Günel Həyat bilgisi fənnindən "Dövlət orqanları" mövzusunda nümunəvi dərs tədris etdi.

Nümunəvi dərsdə müəllim qruplarla iş, kollektivlə iş formalarından, BİBÖ, beyin həmləsi iş üsulundan və elektron resurslardan istifadə etməklə dərsin məqsədinin reallaşmasına çalışdı. Şagirdlər qruplarla işdə verilən tapşırığa əsasən dövlət orqanlarının adını sadalayaraq onların funksiyalarını izah etdilər.

Dərsdinləmədən sonra məktəbin direktoru Röya İslamovanın iştirakı ilə dərs müzakirə edilərək təhlil olundu, müvafiq tövsiyələr verildi.

#ElmvəTəhsilNazirliyi #BŞTİ #Məktəb84 #Müəllim #Şagird #Nümunəvidərs

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi